Menu

Azərbaycanın xarici ticarətində böyük sıçrayış - Ən çox hara mal satırıq?

18.09.2026, 13:42
Azərbaycanın xarici ticarətində böyük sıçrayış - Ən çox hara mal satırıq?

Azərbaycanın MDB ölkələrinə ixracı 2026-cı ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18.2% artıb.

"AzPolitika" xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-iyul aylarında MDB ölkələri üzrə əsas sosial-iqtisadi göstəricilərə dair hesabatında əksini tapır.

Qeyd olunub ki, Azərbaycanın ümumi ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43.2% artıb. MDB ölkələrinə ixrac 18.2%, MDB üzvü olmayan dövlətlərə ixrac isə 45.1% çoxalıb.

Eyni dövrdə Azərbaycanın ümumi idxalı 27.6% azalıb. MDB ölkələrindən idxal 44%, MDB üzvü olmayan dövlətlərdən idxal isə 21.7% azalıb.

Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın ÜDM-i əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.4%, sənaye məhsulunun ümumi həcmi isə 0.3% yüksəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol