Ukraynanın İvano-Frankivsk vilayətində yerləşən Bukoveldə I Karpat Təşəbbüsü (Karpat Səkkizliyi - C8) Sammiti keçirilir. 18–20 sentyabr tarixlərində Ukrayna Prezidenti Volodimir Zelenskinin təşəbbüsü ilə baş tutan bu zirvə görüşündə Karpat regionuna daxil olan 8 ölkənin (Ukrayna, Polşa, Rumıniya, Serbiya, Slovakiya, Çexiya, Avstriya və Macarıstan) rəhbər şəxsləri və iş adamları iştirak edir.
“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, tədbirə qatılması gözlənilən Slovakiyanın Baş naziri Robert Fitsonun son anda Ukraynaya getməyəcəyi məlum olub. Rəsmi məlumatda Fitsonun səfərinin xəstəlik səbəbindən baş tutmadığı göstərilib. "Slovakiya Hökumətindən alınan məlumata görə, Fitsonu Ukraynada Xarici İşlər və Avropa İşləri Nazirliyinin dövlət katibi Marek Esztok təmsil edəcək", - deyə açıqlamada bildirilir.
Fitsonun Ukraynada Prezident Volodimir Zelenski, Ukraynanın yeni Baş naziri Sergey Koretski, Polşa Baş naziri Donald Tusk və digər rəsmi şəxslərlə görüşməsi planlaşdırılırdı.
Məlum olduğu kimi, Slovakiya Baş nazirinin Ukrayna ilə münasibətləri kifayət qədər gərgindir. Xüsusilə Ukrayna mediasında bir çox hallarda Fitsonun Rusiya ilə iş birliyinə dair ittihamlara rast gəlinir.
“AzPolitika.info”


Şərhlər