Menu

"Hazırda onlar razılaşma əldə etmək istəyirlər" - Tramp

18.09.2026, 21:50
"Hazırda onlar razılaşma əldə etmək istəyirlər" - Tramp

ABŞ Prezidenti Donald Tramp İranın iki ölkə arasında davam edən münaqişə fonunda Vaşinqtonla razılaşma əldə etməyə çalışdığını bildirib.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, Tramp "NewsNation" telekanalına müsahibəsində İranın hazırda ABŞ-la razılaşma əldə etmək istədiyini deyib.

O, "Hazırda onlar razılaşma əldə etmək istəyirlər. Əgər bu, düzgün razılaşma olmayacaqsa, mən hətta ona baxmayacağam. Amma hazırda onlar razılaşma istəyirlər, çünki hər baxımdan uduzurlar", – deyə bildirib.

ABŞ Prezidenti hərbi əməliyyatların davam etdirilməsi və daha əvvəl İranı "məhv etmək" imkanından danışması ilə bağlı suala cavabında isə "Görək nə baş verəcək", - deyə qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol