Menu

Qaxda ağır yol qəzası - Yaralananlar var

19.09.2026, 08:58
Qaxda ağır yol qəzası - Yaralananlar var

Qax rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, qəza səhər saatlarında Qax-Qorağan avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik avtomobilinin toqquşması zamanı Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər. Yaralılardan G. Cəfərovanın vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol