Menu

Qanunsuz saxlanılan silahlar aşkarlandı

19.09.2026, 13:44
Qanunsuz saxlanılan silahlar aşkarlandı

Polis əməkdaşları tərəfindən ötən gün vətəndaşlar tərəfindən qanunsuz saxlanılan silah-sursatlar aşkar edilərək götürülüb.

"Azpolitika" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 16 tüfəng, 6 patron darağı və 180 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol