ABŞ Prezidenti Donald Tramp birinci hakimiyyət müddətində yaratdığı Kosmik Qüvvələrin analoqu olaraq Süni İntellekt Qüvvələrinin yaradıldığını bildirib.
"Report" xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
"Biz heç bir halda bu inanılmaz sahənin (süni intellekt - red.) böyüməsinə mane olmayacağıq və ya onu ləngitməyəcəyik. Əksinə, biz ona dəyər verəcək, dəstəkləyəcək və böyüdükcə bu sahəyə nəzarət edəcəyik! Lakin biz həm də pis olanları aşkar edəcəyik və bunu artıq mövcud olan cinayət və mülki ədliyyə sistemimizin köməyi ilə çox asanlıqla edə bilərik. Bu məqsədlə mən birinci müddətimdə böyük uğur qazanan Kosmik Qüvvələri yaratdığım kimi, Süni İntellekt Qüvvələrini formalaşdırıram", - paylaşımda bildirilib.
Tramp vurğulayıb ki, süni intellekt yeni sənaye inqilabıdır, lakin ABŞ-nin ÜDM-nin 25 %-nə qədərini əhatə edəcək daha genişmiqyaslı və əhəmiyyətli bir inqilabdır. "Biz Çini və dünyanın qalan hissəsini qabaqlayırıq və mən bu üstünlüyü qoruyub saxlamaq niyyətindəyəm!" - o bildirib.
Amerika liderinin sözlərinə görə, o, yaxın vaxtlarda yeni strukturun rəhbəri vəzifəsinə namizədi seçəcək.


Şərhlər