Menu

Kamandan oxatma üzrə Bakı şəhər çempionatın qalibləri müəyyələşib

20.09.2026, 16:53
Kamandan oxatma üzrə Bakı şəhər çempionatın qalibləri müəyyələşib

Kamandan oxatma üzrə Bakı şəhər çempionatın qalibləri müəyyələşib.

Bu barədə "Report"a Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) mətbuat xidmətindən bildirilib.

U-15 kateqoriyasında gənc oxatanlar 40 metr məsafədən hədəfi dəqiq vurmaq uğrunda yarışıblar.

Yekun nəticələrə əsasən, oğlanlar arasında Məhəmməd İsmayılov qızıl, Əli Məmmədov gümüş, Əhməd İsmayılov isə bürünc medal qazanıb. Qızların mübarizəsində Banu Məmmədova qızıl, Sona Rüstəmli gümüş, Məryəm İbrahimli isə bürünc medala yiyələnib.

Böyüklər arasında təşkil olunan yarışlarda idmançılar 70 metr məsafədən sınaqdan keçiblər.

Kişilərin mübarizəsində Salman Dadaşov qızıl, Hüseyn Məhərrəmov gümüş, Sərdar Vəliyev isə bürünc medal sahibi olub. Qadınlar arasında Yaylagül Ramazanova qızıl, Fatimə Hüseynli gümüş, Şəms Heybətova isə bürünc medal qazanıb.

AKOF və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan yarışın sonunda qaliblər mükafatlandırılıblar. Mükafatları AKOF-un baş katibi Fərid Xəlilov və Bakı Şəhər Gənclər və İdman İdarəsinin İdman sektorunun baş məsləhətçisi Cəlil Əlizadə təqdim ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol