Menu

Salyanda yol qəzası baş verib - Ana və 2 azyaşlı övladı yaralanıb

20.09.2026, 19:22
Salyanda yol qəzası baş verib - Ana və 2 azyaşlı övladı yaralanıb

Salyanda yol-nəqliyyat hadisəsi zamanı bir ailənin üç üzvü xəsarət alıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Xələc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil digər avtomobillə toqquşub.

Qəza nəticəsində Şirvan şəhər sakinləri, 2001-ci il təvəllüdlü Şahbazova Vəfa Maksim qızı, onun övladları, 2025-ci il təvəllüdlü oğlu və 2026-cı il təvəllüdlü qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol