Menu

Şamaxıda Üzüm və Şərab Festivalı başa çatıb - VİDEO

20.09.2026, 22:54
Şamaxıda Üzüm və Şərab Festivalı başa çatıb - VİDEO

Şamaxıda ikigünlük Üzüm və Şərab Festivalı başa çatıb.

Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində baş tutan festivalda müxtəlif şərab brendləri öz pavilyonları ilə təmsil olunublar. Qonaqlar pavilyonları gəzib, müxtəlif növ üzümçülük və şərabçılıq məhsullarının dadına baxmaq imkanı qazanıblar.  

Üzümçülük və şərabçılıq ənənələri ilə tanış olan ziyarətçilər müxtəlif əyləncə və şou proqramlara da qoşulublar. 

Əyləncə dolu gün ərzində qonaqlar “Avroviziya” təmsilçimiz Dilarə Kazımova, Teymur Süleymanbəyli, Xalq artisti Zülfiyyə Xanbabayeva, eləcə də DJ Kamonun çıxışlarını izləyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol