Menu

Ermənilər Azərbaycan sərvətlərini Qarabağda talan edir - VİDEO

09.01.2015, 16:18
Ermənilər Azərbaycan sərvətlərini Qarabağda talan edir - VİDEO

Ermənistan rəhbərliyi Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarında təbii sərvətləri talamaqda davam edir.

Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu dəfə işğal altındakı keçmiş Ağdərə rayonunun Dəmirli kəndində yerləşən mis-molibden yatağı hədəf seçilib.

Ermənistanın “Beyç Metals” şirkəti yatağın mənimsənilməsi üçün 130 milyon dollar vəsait yatırıb. Yaxınlarda istifadəyə verilməsi nəzərdə tutulan mədəndən ildə 10 milyon ton mis çıxarılması və burada 1200 nəfər işçinin çalışması nəzərdə tutulur.

Xatırladaq ki, bundan əvvəl keçmiş Ağdərə rayonunu Heyvalı kəndində istismar edilən mis-molibden yatağı separatçı “Dağlıq Qarabağ Respublikası”nın büdcəsinin 80 faiz gəlirini təmin edirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol