Menu

51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu

24.09.2026, 12:18
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu

Nizami rayonunda 51 min manatlıq oğurluq edənlər saxlanılıblar.

“AzPolitika” xəbər verir ki, şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər - R.Tərlanlı, K.Əsgərov, A.Abışov və N.Əhmədov saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, onlar dəyəri 51 min manat olan 48 ədəd kombi aparatını talayıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol