Menu

Xəzərdə ən təhlükəli çimərlik yerləri - FHN xəbərdarlıq etdi

29.09.2026, 11:12
Xəzərdə ən təhlükəli çimərlik yerləri - FHN xəbərdarlıq etdi

Xəzər dənizində insanların batma təhlükəsi daha çox olan ərazilərin adları açıqlanıb.

"AzPolitika" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Sabunçu rayonu Bilgəh qəsəbəsində 12-ci dalan ("Daçnik" kimi tanınan ərazi), Binəqədi rayonu Novxanı qəsəbəsində Sarıqaya deyilən ərazi, Mərdəkan-Şüvəlan ərazisində Mil qaya ərazisi mürəkkəb relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə və digər riskli xüsusiyyətlərə malik olduğu üçün təhlükəli hesab olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol