Menu

Azərbaycanda 7 bankın əmlakları hərraca çıxarılır

29.09.2026, 14:56
Azərbaycanda 7 bankın əmlakları hərraca çıxarılır

Oktyabrın 7-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Deka Bank", "Dəmir Bank", "Yunayted Kredit Bank" və "AGBank", oktyabrın 14-də isə "AGBank", "Gəncə Bank", "Bank of Azerbaijan" və "Muğan Bank" ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

"AzPolitika" xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət "Deka Bank"a məxsus Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C ünvanındakı dəyəri 541 min manat və 560 min manat olan 185,1 kv metrlik və 191,6 kv metrlik mənzillərdən, "Dəmir Bank"a məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 3346 və 3346Q/1 ünvanındakı dəyəri 178,5 manat olan 275,08 kv metrlik bağ evindən, "Yunayted Kredit Bank"a məxsus İmişli şəhəri, Q.İsmayılzadə küçəsi, 37 ünvanındakı dəyəri 200 min manat olan 1 244,7 kv metrlik əmlak kompleksindən, eləcə də eyni küçədə banka məxsus dəyəri 170 min manat olan 86,9 kv metrlik qeyri-yaşayış sahəsindən, "AGBank"a məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi, ev 8 ünvanındakı dəyəri 115 min manat olan 334,5 kv metrlik mənzildən, "AGBank"a məxsus Göyçay şəhəri, Heydər Əliyev prospekti, 207C ünvanındakı dəyəri 1,3 milyon manat olan 10 650,9 kv metrlik əmlak kompleksindən, "Gəncə Bank"a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 260 ünvanındakı dəyəri 2 milyon manat olan 815,8 kv metrlik qeyri-yaşayış binasından, "Bank of Azerbaijan"a məxsus Ucar rayonu, Qarabörk kəndindəki dəyəri 105 min manat olan 148,5 kv metrlik qeyri-yaşayış binasından, "Muğan Bank"a məxsus Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, ev 12 ünvanındakı dəyəri 80 min manat olan 25,1 kv metrlik mənzildən gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol