Menu

Rusiya - Ukrayna müharibəsində dönüş nöqtəsi - Kim qalib gəlir?

29.09.2026, 15:06
Rusiya - Ukrayna müharibəsində dönüş nöqtəsi - Kim qalib gəlir?

Yaxın Şərqdə və Avropada qlobal proseslərin gərginləşdiyi bir dövrdə Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı səslənən son qiymətləndirmələr diqqət çəkir. Qərb ekspertlər və keçmiş rəsmilər Kiyevin əvvəlki texnoloji üstünlüyünü itirməkdə olduğunu və Rusiyanın "total müharibə" strategiyasına keçdiyini bildirirlər.

“AzPolitika” xəbər verir ki, bu barədə nüfuzlu beynəlxalq nəşrlərdə və analitik platformalarda dərc olunan təhlillərdə geniş bəhs olunur.

Məlumata görə, əvvəllər texnologiyaların tətbiqi və döyüş meydanındakı çağırışlara reaksiya vermək sürətinə görə Moskvanı qabaqlayan Kiyev indi bu üstünlüyünü sürətlə itirir. Keçmiş Google rəhbəri, Ukrayna ordusuna yüksək texnologiyalı PUA-lar təmin edən şirkətlərin rəhbərlərindən olan Erik Şmidt səfərdən sonra qayıdarkən müharibənin əvvəlindən bəri "ən güclü həyəcan keçirdiyini" bildirib. Onun sözlərinə görə, Rusiya Ukrayna tərəfinin innovasiyalarına qarşı təkcə miqyas deyil, həm də öz yenilikləri ilə cavab verməyə başlayıb.

Texnoloji tarazlıq necə dəyişir? Rusiya hərbi-sənaye kompleksi reaktiv mühərrikli "Şahid" ("Geran-4" və "Geran-5") tipli pilotsuz uçuş aparatlarının istehsalını və tətbiqini dəfələrlə artırıb. Bu cür aparatların sürətinin yüksək olması Ukrayna ordusunun ənənəvi vasitələrlə onları zərərsizləşdirməsini xeyli çətinləşdirir. Eyni zamanda, "Banderol" və "Dань-T" kimi uzaqmənzilli zərbə vasitələrinin də kütləvi istehsalına başlanılıb.

Ukraynalı hərbi analitiklərin qrupları qeyd edir ki, Rusiya sənayesi təkcə mövcud məhsulları kopyalamır, həm də komponentlərin istehsalı, idarəetmə və rabitə sistemlərinin təkmilləşdirilməsi istiqamətində ciddi irəliləyişə nail olub. Starlink sisteminə alternativ olaraq peyk qruplaşmalarının yaradılması istiqamətində də addımlar atılır.

Cəbhədəki paradoksal vəziyyət

Ekspertlərin bu sərt xəbərdarlıqlarına baxmayaraq, cəbhə xəttindəki cari vəziyyət müəyyən qədər ziddiyyətli görünür. Belə ki, Rusiya ordusunun cəbhədəki irəliləmə templəri olduqca aşağı olaraq qalır. Məsələn, Ukrayna qüvvələrinin (xüsusilə 3-cü ayrı hücum korpusunun) həyata keçirdiyi əməliyyatlar nəticəsində əhəmiyyətli həcmdə ərazilərin nəzarətə qaytarıldığı bildirilir.

Bununla belə, Ukraynanın sabiq müdafiə naziri Mixail Fedorov da daxil olmaqla bir sıra rəsmilər Kiyevin ümumi qələbə strategiyasında boşluqlar olduğunu və vəziyyəti xeyrinə dəyişmək üçün ölkə rəhbərliyinin qarşısında qısa vaxt çərçivəsinin qaldığını qeyd edirlər.

Analitiklər qarşıdan gələn qış mövsümünün müharibənin sonrakı gedişatında həlledici rol oynayacağını, hər iki tərəfin strateji qərarlar qəbul etməyə məcbur qalacağını vurğulayırlar.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol