Bakıda qətl hadisəsi olub.
"AzPolitika" Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb.
4 uşaq anası olan 40 yaşlı Esmira Ağalarova boğularaq öldürülüb.
Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs - qadının əri Rafət Ağalarov tutularaq istintaqa təhvil verilib.
İddialara görə, qadın ərindən boşanmaq istəyib. Cinayət də məhz bu səbəbdən yaranan mübahisə zəminində baş verib.


Şərhlər