Menu

Azərbaycanlı nazir müavinin oğlu rus blogerlə evlənir - FOTOLAR

13.11.2026, 16:30
Azərbaycanlı nazir müavinin oğlu rus blogerlə evlənir - FOTOLAR

20 yaşlı rusiyalı müğənni və bloger Avrora Kibanın bu gün toyu olacaq.

"AzPolitika" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Gənc bloger 36 yaşlı azərbaycanlı biznesmen Rüstəm Hacıyevlə ailə həyatı qurur.

Bildirilib ki, 8 ay əvvəl Rio-deJaneyroda tanış olan cütlüyün toy mərasimi bu gün Bakıda keçiriləcək.

Qeyd edək ki, Rüstəm Hacıyev Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğludur.












Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol