Menu

"Azərbaycan bu deyil axı!" - AYB sədri gileyləndi

13.11.2026, 15:50
"Azərbaycan bu deyil axı!" - AYB sədri gileyləndi

“İqtisadiyyatımız inkişaf edir, ordumuz güclüdür, siyasətimiz düzgündür, amma mədəniyyətimiz o səviyyədə deyil”.

“AzPolitika” xəbər verir ki, bunu AYB sədri Anar Rzayev Milli Məclisin Mədəniyyət komitəsinin Bülbül Fondunda təşkil etdiyi ictimai dinləmədə bildirib.

“Mən hərdən baxıram xarici turistlərin danışdıqlarına, deyirlər ki, lülə-kabab dadlıdır, şəkərbura ondan da dadlıdır. Azərbaycan bu deyil axı! Azərbaycanı elə edək ki, turistlər muzeylərimizin qarşısında dayansınlar, bizim kitablarımızı oxusunlar”, - deyə Anar Rzayev qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol