ABŞ Prezidenti Donald Tramp vitse-prezident C.D. Vensi İran danışıqlarından kənarlaşdırıb.
“AzPolitika” xəbər verir kki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Bu nəticə Amerika liderinin sosial media platforması TruthSocial-da paylaşdığı məlumata əsaslanır. Tramp Vaşinqtonun artıq Tehranla razılığa gəlməsinə ehtiyac olmadığını yazıb. O hesab edir ki, ABŞ-nin İrana qarşı lazımi təsir gücü var.
Tramp daha sonra əlavə edib: "Vitse-prezident Vensdən bütün diqqətini ABŞ-nin Demokratlar tərəfindən idarə olunan şəhər və ştatlarında baş verən kütləvi korrupsiya və cinayətkarlığa yönəltməsini xahiş etdim".
Trampın qərarı Vensin İranla münaqişəni Respublikaçıların aralıq seçkilərdə məğlubiyyəti ilə əlaqələndirməsindən sonra verilib. Ötən həftə vitse-prezident müharibənin partiyanın Konqresin hər iki palatasında çoxluğunu itirməsinin səbəblərindən biri olduğunu bildirib.
Bundan öncə, məhz Vens Vaşinqtonun Tehranla danışıqlarında əsas rol oynayırdı. Aprel ayında o, Pakistanda keçirilən görüşdə Amerika nümayəndə heyətinə rəhbərlik etmişdi və həmin görüşdə heç bir razılıq əldə olunmamışdı.
“AzPolitika.info”


Şərhlər