Menu

Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik

13.11.2026, 12:20
Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik

Bakı və Sumqayıt şəhərlərində yerləşən tibb müəssisələrində onlayn növbə sistemi tətbiq olunacaq.

"AzPolitika" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, hazırda onlayn növbə sistemi TƏBİB-in tabeliyində olan 7 tibb müəssisəsində tətbiq olunur:

"Yeni Klinika", Abşeron Rayon Mərkəzi Xəstəxanası, Nizami Tibb Mərkəzi, Xətai Tibb Mərkəzi, Respublika Endokrinoloji Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəzdə bu növbə sistemi tətbiq olunur.

Onlayn növbə sisteminin tətbiqinin mərhələli şəkildə genişləndirilməsi, ilkin olaraq Bakı və Sumqayıt şəhərlərində yerləşən digər tibb müəssisələrinin, növbəti mərhələdə isə regionlardakı tibb müəssisələrinin sistemə inteqrasiyası nəzərdə tutulur. Hazırda bu istiqamətdə müvafiq təşkilati və hazırlıq işləri həyata keçirilir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol