Menu

Bakıda kütləvi dava - Bıçaqlananlar var

13.11.2026, 11:36
Bakıda kütləvi dava - Bıçaqlananlar var

Bakıda kütləvi dava olub.

"AzPolitika" Oxu.Az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunun Böyükşor qəsəbəsi ərazisində qeydə alınıb. Baş verən kütləvi dava zamanı 1996-cı il təvəllüdlü Raqif Rəhimov, 1996-cı il təvəllüdlü Ravin Xəlilov və 1998-ci il təvəllüdlü Sərvan Məsimov bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol