Menu

YANACAQ NÖVBƏLƏRİ GERİ QAYIDIR - Ukrayna daha bir neft zavodunu vurdu - VİDEO

13.11.2026, 10:20
YANACAQ NÖVBƏLƏRİ GERİ QAYIDIR - Ukrayna daha bir neft zavodunu vurdu - VİDEO

Ukrayna dronları ötən gecə Volqoqrad vilayətinə kütləvi hücum həyata keçirib. 

“AzPolitika” xəbər verir ki, Volqoqrad qubernatoru Andrey Boçarov hücum faktını təsdiqləyib.

Onun sözlərinə görə, "dron qalıqlarının düşməsi nəticəsində Volqoqradın cənub sənaye zonasındakı bir zavodda, eləcə də bitişik ərazidə lokal yanğınlar qeydə alınıb".

Müstəqil kanallar isə Volqoqrad Neft Emalı Zavodunu (NEZ) hədəf alındığını bildirir. Hücumdan sonra onun ərazisində yanğın baş verib. “Lukoil” şirkətinə məxsus bu zavod Rusiyanın ən böyük 10 neft emalı zavodundan biridir. O, ildə təxminən 14 milyon ton xam neft emal etmək qabiliyyətinə malikdir ki, bu da ölkənin ümumi emal gücünün təxminən 5%-ni təşkil edir. Gecə hücumundan sonra Volqoqrad yanacaqdoldurma məntəqələrində növbələr yaranmağa başlayıb.

Volqoqrad Neft Emalı Zavodu daha əvvəl oktyabrın 2-də Ukraynanın dron hücumlarına məruz qalmışdı.

Ukrayna Silahlı Qüvvələri (USQ) oktyabrın sonlarında Rusiyanın neft emalı zavodlarına mütəmadi hücumları bərpa edib və son iki həftə ərzində 35 neft emalı zavodundan 9-na hücum edib. Xüsusilə, Novokuybışevsk, Ryazan, Afipski, Saratov, Yaroslavl, Omsk, Nijni Novqorod, Ufa və Kirişi neft emalı zavodlarına zərbələr endirilib. Məlumatlı mənbələr “Reuters” agentliyinə bildiriblər ki, bu, ötən ayın sonu ilə müqayisədə xam neft emalının ümumi azalmasına səbəb olub. Oktyabr ayının sonunda, onların hesablamalarına görə, neft emalı zavodları gündə təxminən 700.000 ton (5 milyon barel) xam neft emal edirdi, lakin noyabrın ortalarına qədər bu rəqəm gündə 500.000 tona düşüb.

Yeni neft emalı böhranı artıq ən azı səkkiz vilayətdə yanacaqdoldurma məntəqələrində yanacaq çatışmazlığına səbəb olub. Leninqrad, Nijni Novqorod, Arxangelsk, Novosibirsk və Penza vilayətlərində, eləcə də Kareliya və Buryatiyada benzin məhdudiyyətləri tətbiq edilib. Moskvada isə "Rosneft" stansiyaları limitləri bərpa edib.



“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol