Menu

“Elə məsələlər var ki, açıqlaya bilmirəm” - Danışıqların məkanı dəyişə bilər

13.11.2026, 11:51
“Elə məsələlər var ki, açıqlaya bilmirəm” - Danışıqların məkanı dəyişə bilər

Müharibəyə son qoymaq üçün növbəti sülh danışıqları BƏƏ və ya İsveçrədə keçirilə bilər. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiyada Trampın xüsusi nümayəndələri ilə görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada deyib.

Zelenskidən danışıqlarda müsbət siqnallar barədə soruşulduqda deyib ki, növbəti görüş olacaq: "Allah etsin ki, müharibə bitsin...Elə məsələlər var ki, açıqlaya bilmirəm".

Zelenski həmçinin Avropanın sülh danışıqlarının növbəti mərhələsində masada olacağını bildirib. Onun sözlərinə görə, bu, Ukrayna üçün vacib və fundamental idi: “Biz iki ildir ki, bunun üzərində işləyirdik”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol