Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlara, xüsusilə elektrik avadanlıqlarının təchizatı məsələsində dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
"AzPolitika" xəbər verir ki, görüş "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısının keçiriləcəyi Dublin şəhərində baş tutub.
Ukrayna Prezidenti Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində apardığı bərpa və quruculuq işlərinin Ukrayna tərəfindən də böyük maraqla izlənildiyi qeyd edib, bu xüsusda Azərbaycanın təcrübəsinin Ukrayna üçün də əhəmiyyətli olacağı bildirilib.


Şərhlər