Menu

İctimai nəqliyyata ayrılan 155 milyon pul xərclənməyib

12.11.2026, 14:43
İctimai nəqliyyata ayrılan 155 milyon pul xərclənməyib

2026-cı ilin ilk yarısında "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu üzrə dövlət büdcəsindən xərc həyata keçirilməyib.

"AzPolitika" Hesablama Palatasına istinadən xəbər verir ki, fondun illik xərcləri üçün 155 milyon manat nəzərdə tutulsa da, ilk altı ayda bu istiqamət üzrə ödəniş aparılmayıb.

Bundan başqa, büdcədə ayrıca göstərilən "İctimai nəqliyyat sahəsində islahatlarla bağlı xərclər" istiqamətinə 25 milyon manat nəzərdə tutulub. Həmin vəsait üzrə də yanvar-iyun aylarında xərc qeydə alınmayıb.

Beləliklə, ictimai nəqliyyatla bağlı bu iki xərc istiqaməti üzrə il üçün nəzərdə tutulan ümumilikdə 180 milyon manatın ilk yarımildə kassa icrası sıfır olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol