Menu

Beyin xərçəngindən əziyyət çəkən Səmiyyənin maddi dəstəyə ehtiyacı var - FOTO

12.11.2026, 14:34
Beyin xərçəngindən əziyyət çəkən Səmiyyənin maddi dəstəyə ehtiyacı var - FOTO

Orucova Səmiyyə Mahir qızı ağır xəstəliklə mübarizə aparır. O, beyin xərçəngindən – III dərəcəli anaplastik astrositomadan əziyyət çəkir. Müalicəsinin davam etdirilməsi üçün maddi dəstəyə ehtiyac var.

"AzPolitika" xəbər verir ki, ailəsinin təqdim etdiyi tibbi sənədlərə əsasən, Səmiyyə ilk dəfə 2015-ci ildə Milli Onkologiya Mərkəzinə müraciət edib.

Həmin il neyrocərrahiyyə əməliyyatı keçirərək beynindəki şiş xaric edilib. Daha sonra radioterapiya müalicəsi alıb. 2021-ci ildə isə üç kurs kimyaterapiya qəbul edib.

Tibbi sənədlərdə xəstəliyin təkrarlanması ilə bağlı qeydlər də yer alır. Hazırda Səmiyyənin müalicəsinin davam etdirilməsi üçün ailənin maddi yardıma ehtiyacı var.

Ailənin bildirdiyinə görə, hər müalicə kursunun qiyməti 2000 manatdır. Bu məbləğin qarşılanması isə onlar üçün çətinlik yaradır.

Səmiyyəyə yardım etmək istəyən şəxslər aşağıdakı bank hesabına vəsait köçürə bilərlər:

 *ABB Bank:* 4127 2093 0207 6002

*Əlaqə:* Orucova Maya (anası) – 070 455 94 29

Unutmayaq ki, edəcəyimiz kiçik bir yardım belə Səmiyyənin müalicəsinin davam etməsinə töhfə verə bilər. Gəlin, onun yaşamaq mübarizəsində ailəsini tək qoymayaq!

Müşviq Tofiqoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol