Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsində yerləşən, fiziki şəxs Tahir Qəhrəman oğlu Lyubimova məxsus ət emalı müəssisəsində yoxlama keçirib.
"AzPolitika" xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, müəssisənin qida təhlükəsizliyi sahəsində təsdiqlənmədən qanunsuz fəaliyyət göstərdiyi, toyuq ətlərinin müşayiətedici sənədlərinin olmadığı, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib. Toyuq ətlərindən götürülən nümunələr laborator müayinələrə cəlb olunub və məhsulların dövriyyəsi qadağan edilib. Nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.


Şərhlər