Dünya bazarlarında Azərbaycan neftinin qiyməti yenidən 100 dolları ötüb.
“Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,23 ABŞ dolları və ya 1,24% artaraq 100,63 ABŞ dollarına yüksəlib.
Bundan əvvəl Azərbaycan nefti 99,40 ABŞ dollarına ticarət edilmişdi.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.


Şərhlər