Menu

ABŞ Prezidentinin xüsusi elçiləri Rusiyaya səfər ediblər

12.11.2026, 09:49
ABŞ Prezidentinin xüsusi elçiləri Rusiyaya səfər ediblər

ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Rusiyaya səfər ediblər.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, Vnukovo hava limanında onları Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.

ABŞ nümayəndələrinin bu gün Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılıb.

Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar dünən Əbu-Dabidə başa çatıb. Uitkoff və Kuşner bu gün BƏƏ-dəki görüşün nəticələrini Putinlə müzakirə edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol