Menu

POLKOVNİKİ PARTLATDILAR - Sankt-Peterburqda daha bir partlayış + VİDEO

12.11.2026, 11:23
POLKOVNİKİ PARTLATDILAR - Sankt-Peterburqda daha bir partlayış + VİDEO

Bu gün səhər Sankt-Peterburqun Slavyanka küçəsində Rusiya ordusu zabitinin olduğu avtomobil partlayıb. 

“AzPolitika” xəbər verir ki, bu barədə “Fontanka” məlumat yayıb.

Nəşrin mənbələrinə görə, hədəf alınan hərbçi Rusiya Silahlı Qüvvələrinin polkovniki rütbəsində olub. O, partlayış nəticəsində həlak olub. Polkovnikin avtomobilinin altına partlayıcı qurğu bərkidilib və uzaqdan işə salınıb.

Avtomobildəki adı açıqlanmayan polkovnikin Rusiya Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin 6-cı Ordusunda xidmət etdiyi bildirilir. Hadisədən sonra magistral yol nəqliyyatın hərəkəti üçün bağlanıb. İstintaq Komitəsi qətl maddəsi ilə cinayət işi açıb.

Bu, son üç ayda Sankt-Peterburqda hərbi zabitin partladılmasına dair ikinci faktdır. 27 avqustda Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə bölməsinin podpolkovniki Slavyanka küçəsində partladılmışdı və o, hadisə yerindəcə ölmüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol