Menu

Partladılan polkovnikin kimliyi bilindi - FOTO

12.11.2026, 14:35
Partladılan polkovnikin kimliyi bilindi - FOTO

Xəbər verildiyi kimi, bu gün səhər Sankt-Peterburqun Slavyanka küçəsində Rusiya ordusu zabitinin olduğu avtomobil partladılıb. Rusiya Silahlı Qüvvələrinin polkovniki rütbəsində olan şəxs partlayış nəticəsində həlak olub. Onun avtomobilinin altına partlayıcı qurğu bərkidilib və uzaqdan işə salınıb.

“AzPolitika” xəbər verir ki, Sankt-Peterburqda partladılan polkovnikin kimliyi məlum olub. Rusiya və Ukrayna kanallarının məlumatına görə, həlak olan

Rusiya Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin 6-cı Ordusunun baş şturmanı, polkovnik Dmitri Lobodindir.

Sızdırılan məlumatlara görə, onun qeydiyyatda olduğu ev partlayış yerindən 400 metr aralıda yerləşir. Partlayış nəticəsində 30-40 sərnişin daşıyan avtobus da zədələnib. Avtobusun iki pəncərəsi sınıb, lakin sərnişinlərdən heç kim xəsarət almayıb.

Lobodinin Ukraynaya açıq hərbi müdaxilədə birbaşa iştirak etdiyi bildirilir.

Avqustun sonlarında 6-cı Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun digər zabiti Sergey Seçkov da Sankt-Peterburqdakı həmin yolda avtomobilinin partladılması nəticəsində həlak olub.

May be an image of one or more people and text

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol