Bu gün səhər saatlarında Rusiyada daha bir minik avtomobili partladılıb.
“AzPolitika” xəbər verir ki, Rusiya kanalları Moskvanın Çertanovo rayonundakı KirovoQradskaya küçəsində minik avtomobilinin partladıldığı barədə məlumat yayıblar.
İlkin məlumatlara görə, partlayış avtomobil küçə ilə hərəkət edərkən baş verib. Sürücü partlayış dalğası ilə avtomobildən kənara düşüb.
Sonradan avtomobilin Ukraynanın keçmiş Baş naziri, hazırda Rusiyada yaşayan və Ukraynanın axtarışa verdiyi Nikolay Azarovun mətbuat katibi Sergey Zavorotniyə məxsus olduğu məlum olub.
Qara rəngli “Toyota Fortuner”in sükanı arxasında Sergey Zavorotninin özü olub. Onun ağır vəziyyətdə xəstəxanaya aparıldığı bildirilir.
Partlayıcı qurğu avtomobilin alt hissəsinə bərkidilib.
Xatırladaq ki, dünən oxşar hadisə Sankt-Peterburqda baş verib. Həmin partlayışda Rusiya Silahlı Qüvvələrinin polkovniki həlak olub.
“AzPolitika.info”


Şərhlər