Ağstafa rayonunda 2 avtomobilin toqquşması nəticəsində xəsarət alanlar var.
"AzPolitika" xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, qəza nəticəsində xəsarət alan üç nəfər (kişi) noyabrın 12-də saat 22:40-da Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub.


Şərhlər