Menu

84 təşkilatda yoxlama: Milyonlarla vəsait dövlət büdcəsinə qaytarıldı

13.11.2026, 15:01
84 təşkilatda yoxlama: Milyonlarla vəsait dövlət büdcəsinə qaytarıldı

2026-cı ilin yanvar-sentyabr aylarında Dövlət Maliyyə Nəzarəti Xidmətinin həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində 106.9 milyon manat bərpa edilib, 100.9 milyon manat xərcin qarşısı alınıb.

"AzPolitika" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə xidmət tərəfindən 84 təşkilatda nəzarət tədbirləri başa çatdırılıb.

Bunlardan 52 təşkilatda yoxlamalar hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar əsasında aparılıb. Digər 32 təşkilatda isə plandankənar yoxlamalar həyata keçirilib.

Bərpa edilmiş və qarşısı alınmış vəsaitlərə dair göstəricilər nəzarət tədbirləri başa çatdırılmış obyektləri əhatə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol