Menu

Bu vəzifəli şəxsləri 1500-2000 manat cərimə gözləyir - İşçiyə görə...

13.11.2026, 16:26
Bu vəzifəli şəxsləri 1500-2000 manat cərimə gözləyir - İşçiyə görə...

Azərbaycanda bəzi işçilər illərlə əmək məzuniyyətindən istifadə etmədən çalışır. Lakin əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi ilə bağlı suallar yaranır. Xüsusilə, işdən çıxarılan zaman son haqq-hesabı vaxtında verilməyən işçilərin əlavə ödənc tələb etmək hüququ da müzakirə mövzusudur.

Bəs Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndi ilə işdən çıxarılan və altı il ərzində əmək məzuniyyətindən istifadə etməyən işçinin hüquqları nədən ibarətdir? İşəgötürən ona bütün istifadə edilməyən məzuniyyət günlərinə görə kompensasiya ödəməlidirmi? Bundan əlavə, kompensasiya işdən çıxarıldığı gün ödənilmədikdə, işçi Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hər gecikdirilən gün üçün 1 faiz ödənc tələb edə bilərmi? Bu ödəncin hesablanması hansı qaydada aparılmalıdır?

Redaksiyamıza ünvanlanan bu suallarla bağlı "AzPolitika"ya açıqlama verən hüquqşünas Ramil Süleymanlı bildirib ki, hər hansı şəxslə əmək müqaviləsinə xitam verildiyi zaman onun ödənilməyən əməkhaqqı, o cümlədən istifadə etmədiyi məzuniyyət günlərinə görə düşən məzuniyyət pulu hesablanaraq mütləq qaydada təqdim olunmalıdır:


"Əgər vətəndaşa işdən çıxarkən istifadə etmədiyi məzuniyyətə görə müvafiq ödəniş olunmayıbsa, o, bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət ünvanlayaraq son haqq-hesabın verilməsini tələb edə bilər. Əmək Müfəttişliyinə müraciət olunduqda, qurum tərəfindən həmin işəgötürən barəsində inzibati icraat başladılır, müvafiq sənədlər tələb olunur və izahatlar alınır. Əgər pozuntu öz təsdiqini taparsa, işəgötürənin qarşısında müvafiq vəzifə qoyulur. Bundan əlavə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə uyğun olaraq, işəgötürən (vəzifəli şəxslər) barəsində 1500 manatdan 2000 manatadək məbləğdə inzibati tənbeh – cərimə tətbiq oluna bilər. Bununla yanaşı, bir məqamı da nəzərə almaq lazımdır. Əməkhaqqının gecikdirildiyi hər gün üçün qanunvericilikdə nəzərdə tutulan faiz (penya) ödəncinin tətbiqi ilə bağlı müddəalar mövcud olsa da, istifadə edilməyən əmək məzuniyyətinə görə kompensasiyanın gecikdirilməsinə həmin faiz mexanizmi birbaşa şamil deyil.".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol