Menu

"Son 6 ildə taundan 400-dən çox ölüm qeydə alınıb" - ÜST

29.09.2026, 19:16
"Son 6 ildə taundan 400-dən çox ölüm qeydə alınıb" - ÜST

Son 6 ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 6 ölkədə taun xəstəliyinə yoluxma hallarını təsdiqləyib, 423 nəfər ölüb.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə ÜST-nin hesabatında bildirilib.

"2019–2025-ci illər arasında 10 ölkə insanlarda taun xəstəliyinə şübhəli yoluxma halları barədə ÜST-yə məlumat verib. Onlardan altısında təsdiqlənmiş yoluxma halları qeydə alınıb. Ümumilikdə, ÜST xəstəliyə 3 847 şübhəli yoluxma və 423 ölüm barədə məlumat alıb. Bu, ölüm hallarının 11 % təşkil etdiyini göstərir", - hesabatda qeyd olunub.

Həmçinin bildirilib ki, 2025-ci ildə vəbadan ölüm halları 30 % artıb. Dünyada qeydə alınan bütün vəbaya yoluxma və ölüm hallarının təxminən 90 %-i yeddi ölkənin – Anqola, Banqladeş, Konqo Demokratik Respublikası, Nigeriya, Cənubi Sudan, Sudan və Yəmənin payına düşür. Ən böyük yük ÜST-nin Afrika regionunda qeydə alınıb, burada 2024-cü illə müqayisədə xəstəliyə yoluxma halları 34 %, ölüm halları isə 58 % artıb.

Təşkilatın hesabatında qeyd olunub ki, vəbaya qarşı peroral peyvəndlərin dünya üzrə istehsalı 2022-2025-ci illər ərzində iki dəfədən çox artaraq ildə təxminən 30 milyon dozadan təqribən 80 milyon dozaya çatıb, bu da peyvəndlərin əlçatanlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Bakterial meningitə gəldikdə isə, bu xəstəlik müntəzəm olaraq epidemiyaların baş verdiyi Seneqaldan Efiopiyaya qədər olan ölkələr üçün ciddi problem olaraq qalmaqda davam edir. 2025-ci ildə regionun 26 ölkəsindən 24-ü ÜST-yə 21 526 ehtimal edilən xəstəliyə yoluxma və 971 ölüm halı barədə məlumat verib, bu da 4,5 % ölüm göstəricisinə uyğundur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol