Donald Tramp ABŞ Prezidenti olaraq qaldığı müddətcə Şimali Koreya lideri Kim Çen In üçün hər şey yaxşı olacaq.
“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, bunu Donald Tramp Şimali Koreya lideri ilə münasibətlərindən danışarkən bildirib.
"Mən burada olduğum müddətcə o (Kim Çen In – red.) yaxşı olacaq. Bilirsiniz niyə? Çünki mən onun xoşuna gəlirəm, o mənə hörmət edir” - deyə Tramp bildirib.
ABŞ Prezidenti həmçinin Kim Çen Inı “dost” adlandırıb. Jurnalistlər ondan nədən Şimali Koreyanın nüvə silahına sahib olduğu halda, İrana bunun qadağan edildiyini soruşublar. Tramp cavab verib: "Belə alınıb ki, o(Kim Çen In) mənim dostumdur. Mən, yəqin ki, bütün dünyada yeganə insanam ki, onun xoşuna gəlirəm, o da mənim xoşuma gəlir”.
Qeyd edək ki, Tramp və Kim Çen In Amerika liderinin birinci prezidentliyi müddəti ərzində üç dəfə görüşüblər. Həmin vaxt ABŞ və Şimali Koreya arasında nüvəsizləşdirmə danışıqları aparılıb. Lakin tərəflər Şimali Koreyanın nüvə infrastrukturunun sökülməsi şərtləri barədə razılığa gələ bilmədikdən sonra danışıqlar razılaşma olmadan başa çatıb.
2025-ci ildə Ağ Evə qayıtdıqdan sonra Amerika Prezidenti dəfələrlə Pxenyanla dialoqu bərpa etməyə hazır olduğunu bildirib. Tramp Şimali Koreya ətrafında gərginliyi azaltmaq istəyini əsas gətirərək ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərinin miqyasının azaldılmasını əmr edib. Bu arada, Şimali Koreya liderinin bacısı Kim Yo-jonq Pxenyanın Vaşinqtonun təklifləri ilə maraqlanmadığını deyib. O, həmçinin Pxenyan və Vaşinqton arasında hər hansı bir əlaqədən "xəbərsiz" olduğunu qeyd edib.
“AzPolitika.info”


Şərhlər