Menu

Kiyevdə strateji obyekt hədəfdə - Cənubi körpü bir sutkada üç dəfə vuruldu

02.10.2026, 10:10
Kiyevdə strateji obyekt hədəfdə - Cənubi körpü bir sutkada üç dəfə vuruldu

Oktyabrın 1-də Rusiya qüvvələri Kiyevin mühüm nəqliyyat arteriyalarından biri olan Cənubi körpünü bir sutka ərzində üç dəfə PUA-larla atəşə tutub.

"AzPolitika" xəbər verir ki, bu barədə məlumatı Ukrayna mənbələri yayıb.

Bildirilir ki, ilk hücum oktyabrın 1-ə keçən gecə baş verib. "Şahed" tipli iki dron körpünün dayaq hissəsinin yaxınlığında, oradan metro qatarının keçdiyi anda partlayıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb və hərəkət tezliklə bərpa edilib. Gündüz saatlarında baş tutan ikinci zərbə isə birbaşa yol polirinə dəyib, lakin kritik dağıntı qeydə alınmayıb.

Ən ağır nəticələr isə axşam saatlarında qeydə alınıb. Kiyevin meri Vitali Kliçko axşam hücumunun daha dağıdıcı olduğunu təsdiqləyib. Onun sözlərinə görə, sonuncu zərbə nəticəsində körpünün dayaqlarından biri, yol örtüyü, dəmiryol relsləri və metronun qoruyucu beton sədləri zədələnib.

Hücumlardan sonra Dnepr çayının sağ və sol sairlərini birləşdirən strateji körpü üzrə həm avtomobil nəqliyyatının, həm də metro qatarlarının həkəti tamamilə dayandırılıb, metro xətti isə cərəansız qalıb.

Ekspertlər qeyd edirlər ki, son vaxtlar Rusiya ordusu Ukrayna paytaxtının mülki və nəqliyyat infrastrukturuna, o cümlədən logistik qovşaqlara qarşı hücumları intensivləşdirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol