Menu

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

03.10.2026, 13:42
Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

“AzPolitika” xəbər verir ki, bu barədə Əraqçinin sosial media hesabında məlumat yayılıb.

Məlumata görə, bu gün baş tutan telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin son vəziyyəti və iki ölkə arasındakı əlaqələrə dair məsələlər müzakirə olunub.

Ceyhun Bayramov həmçinin iranlı həmkarına bacısının vəfatı ilə əlaqədar başsağlığı verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol