Menu

“KÖRPÜ SAVAŞI” QIZIŞIR - “Düşünürlər ki, cavab verməyəcəyik?”

05.10.2026, 10:29
“KÖRPÜ SAVAŞI” QIZIŞIR - “Düşünürlər ki, cavab verməyəcəyik?”

"Bu yanaşmadan təəccüblənirəm. Onlar bizim anbarlarımıza – “Novaya Poçta, “Ukrpoçta”ya hücum etdilər. Biz “Wildberries”-i vurmaqla tutarlı cavab verdik. İndi onlar körpülərə hücum edirlər. Həqiqətənmi düşünürlər ki, biz cavab verməyəcəyik?".

“AzPolitika” Ukrayna mediasıına istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Fridrix Mertslə keçirdiyi birgə mətbuat konfransında deyib.

Eyni zamanda, Ukrayna başçısı bu zərbələrin ölkə üçün böyük bir problem olduğunu etiraf edib. Bu, data mərkəzlərinə və mobil operatorlara zərbələrə də aiddir.

"Bu, necə mümkündür? Söhbət insanlardan gedir. Bu, hərbi infrastruktur deyil. Onlar data mərkəzlərinə və ya mobil rabitəyə necə hücum edə bilərlər? Onlar mobil rabitənin yalnız Kiyevdə və yalnız Ukraynada deyil, Moskvada da istifadə olunduğunu düşünmürlərmi?", - deyə Zelenski bildirib.

Bununla da Ukrayna başçısı bir növ körpülərə və mobil operatorlara endirilən zərbələrə Rusiyadakı eyni obyektlərin vurulması ilə cavb veriləcəyini anons etmiş olub.

Xatırladaq ki, Rusiya son günlər Kiyevdəki körpülərə zərbələr endirərək, şəhərdə nəqliyyatın hərəkətini xeyli çətinləşdirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol