Menu

Erməni generalla bağlı şok qərar - Musayevə görə istefaya göndərildi

05.10.2026, 16:50
Erməni generalla bağlı şok qərar - Musayevə görə istefaya göndərildi

Ermənistan Baş nazirinin qərarı ilə general-mayor David Sanamyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktor müavini vəzifəsindən azad edilib. Sanamyanın əsas məsuliyyət sahəsi MTX-nin Sərhəd Qoşunları birləşmələrinin əlaqələndirilməsi və nəzarəti idi.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, generalın gözlənilmədən işdən çıxarılması ötən həftə azərbaycanlı əsgərin Zəngəzur bölgəsinə keçməsi və orada baş verən insidentdən dərhal sonraya təsadüf edir.

Ermənistan mediasının iddiasına görə, sentyabrın 26-da Laçındakı hərbi hissəni özbaşına tərk edən Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev Zəngəzur vilayətinin Şəki kəndində bir yaşayış evinə daxil olub. İddialara görə, evdə baş verən insident zamanı silahdan açılan atəş nəticəsində ev sahibi olan qadın xəsarət alıb.

Ermənistan hüquq-mühafizə orqanları oktyabrın 1-də Nəsimi Musayevi saxlayaraq ona qarşı "sərhədi qanunsuz keçmə", "qanunsuz silah gəzdirmə" və "xəsarət yetirmə" maddələri ilə cinayət işi açıb.

Rəsmi Bakının məlumatına görə, əsgər sentyabrın 26-da xidmət yerini tərk edib. Lakin İrəvanın rəsmi strukturları əsgərin Ermənistan sərhədini tam olaraq nə vaxt keçdiyini və oktyabrın 1-də saxlanılanadək Zəngəzur ərazisində neçə gün qaldığını dəqiqləşdirməyib.

Məhz Sərhəd Qoşunlarının ciddi mühafizə olunan zonada boşluq buraxması, azərbaycanlı əsgərin günlərlə aşkarlanmadan kəndin içərisinə qədər hərəkət edə bilməsi Ermənistan MTX-də böyük qalmaqala səbəb olub. Nəticədə Sərhəd Qoşunlarına birbaşa cavabdeh olan general-mayor David Sanamyan tutduğu vəzifədən qovulub.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol