Menu

Duracaq və qarajlarla bağlı DƏYİŞİKLİK

06.10.2026, 12:14
Duracaq və qarajlarla bağlı DƏYİŞİKLİK

“Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilib.

“AzPolitika” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub.

Sənədə əsasən, Bakı Nəqliyyat Agentliyi ilə bağlı müddəalar ləğv edilib.

Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqların məbləğini İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla təsdiq olunacaq.

Dəyişikliklər ölkədə nəqliyyat vasitələrinin duracaqları ilə bağlı tənzimləmələrin qanunvericiliyə uyğunlaşdırılmasına və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol