Menu

AZAL-ın ötənilki gəliri açıqlandı

26.11.2026, 18:44
AZAL-ın ötənilki gəliri açıqlandı

2025-ci ildə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ümumi gəlirləri 1 milyard 245,9 milyon manat təşkil edib.

"AzPolitika" xəbər verir ki, bu barədə şirkətin 2025-ci il üzrə Dayanıqlılıq Hesabatında bildirilir.

Hesabata əsasən, 2024-cü illə müqayisədə AZAL-ın gəlirləri 3,7 % artıb. Həmin il aviaşirkət 1 milyard 201,2 milyon manat gəlir əldə edib.

Ötən ilin yekununda AZAL-ın cəmi aktivləri 1 milyard 949,5 milyon manata çatıb. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 20 % artım deməkdir.

Eyni zamanda, AZAL-ın kapitallaşması 2024-cü ildəki 396,9 milyon manatdan 2025-ci ildə 594,2 milyon manata yüksəlib.

Hesabat dövründə işçilərin əməkhaqqı və müavinətləri üzrə xərclər isə 2024-cü ildəki 110,7 milyon manatdan 2025-ci ildə 132,5 milyon manata çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol