Menu

Baş nazir oyuncaqlarla bağlı qərar imzaladı

07.10.2026, 18:18
Baş nazir oyuncaqlarla bağlı qərar imzaladı

"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament"i təsdiqlənib.

"AzPolitika" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar oyuncaqlara dair təhlükəsizlik tələblərini müəyyən edir.

Reqlament insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurması ehtimalı, habelə oyuncaqların təhlükəsizliyi ilə bağlı istehlakçıları (istifadəçiləri) çaşdıran hərəkətlərin qarşısının alınması məqsədilə hazırlanıb.

Azərbaycanda oyuncaqlara dair tələbləri müəyyən edən digər texniki reqlamentlər qəbul edildikdə oyuncaqlar onlara tətbiq olunan həmin texniki reqlamentlərin də tələblərinə uyğun olmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol