Menu

"AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib

07.10.2026, 17:43
"AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib

Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) sabiq rəhbəri Avqust Hanninqə qarşı aparılan araşdırmanın Azərbaycanla əlaqəsi yoxdur.

"AzPolitika" xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "AnewZ" məlumat yayıb.

Mənbələrin sözlərinə görə, müvafiq məlumatlar Almaniyanın kəşfiyyat orqanları tərəfindən Azərbaycan tərəfinə təqdim edilib.

Almaniya mənbələri bildiriblər ki, iş digər ölkələrə aiddir. Onlar həmçinin bildiriblər ki, A.Hanninq tərəfindən ehtimal ki, əldə edilmiş məxfi materiallar üçüncü tərəflərə ötürülməyib.

Mənbələrin məlumatına görə, istintaqı Almaniyanın Federal Prokurorluğu apardığı üçün ölkənin digər qurumları araşdırmanın gedişinə müdaxilə edə bilməzlər. Lakin telekanalın həmsöhbətləri qeyd edirlər ki, əsas diqqət bir məsələyə yönəldilməlidir - əslində istintaqın mərkəzində məhz hansı ölkə və hansı xüsusi xidmət orqanı dayanır.

Qeyd edək ki, A.Hanninq casusluq, dövlət sirri ilə bağlı cinayətlər və dövlətə xəyanətə cəhd şübhəsi ilə oktyabrın 6-da həbs edilib. Almaniya prokurorluğu bu işlə bağlı ölkələrin və ya kəşfiyyat xidmətlərinin adlarını çəkməyib.

Daha əvvəl "Der Spiegel" jurnalı bu işin guya Azərbaycanla əlaqəsi olduğu barədə bəyanat verib. Azərbaycanın Media və Yayım Şurası bu cür nəşrləri dezinformasiya və Azərbaycan əleyhinə kampaniyanın bir hissəsi adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol