Bura İsmayıllının qədim Basqal qəsəbəsidir. Bərpa və abadlıq işlərindən sonra turizmin inkişafı sayəsində İndiyədək qəsəbəni vaxtilə tərk etmiş 20-yə yaxın ailə Basqala qayıdıb.
"AzPolitika" xəbər verir ki, İsmayıllının zəngin mədəni irsi ilə seçilən yaşayış məskənlərindən biri olan Basqal orta əsr şəhər mədəniyyətinin izlərini bu günədək qoruyub saxlayıb. Hasarlar arasına yerləşdirilən taxta parçalar tikililəri zəlzələlərdən qoruyur və uzunömürlü olmasını təmin edir.
Memarlıq abidələri, ‘kürəbənd’ adlanan qədim kanalizasiya sistemi, sənətkarlıq məhəllələri, məscidlər, bulaqlar, qədim bazar meydanı və çay daşları ilə döşənmiş dar küçələr Basqalın bənzərsiz simasını təşkil edir. Yaşayış evlərində tarixi qapılar isə özündə qədim mədəniyyətimizi ehtiva edir. Belə ki, hər qapının üzərində kişilər və qadınlar üçün ayrıca dəstək qoyulub. Bununla ev sahibi qapıda olan şəxsin qadın və ya kişi olduğunu müəyyən edir.
Qəsəbədə həmçinin kəlağayı istehsalı da həyata keçirilir. Basqalda kəlağayı istehsalı ənənəvi sənətkarlıq nümunələrinin bu gün də yaşadıldığını göstərir.


Şərhlər