Menu

Ukraynada yaşayış binası raketlə vuruldu - Xeyli ölən var + VİDEO

07.10.2026, 12:47
Ukraynada yaşayış binası raketlə vuruldu - Xeyli ölən var + VİDEO

Rusiya qüvvələri bu gün səhər Ukraynanın Çerniqov vilayətinə zərbələr endirib. 

“AzPolitika” xəbər verir ki, zərbə nəticəsində yaşayış binaları və digər mülki obyektlərin dağıdılmasına dair sosial mediada dəhşətli görüntülər yayımlanıb.

Regional hərbi administrasiyanın rəhbəri Vyaçeslav Çausun sözlərinə görə, raketlərdən biri Priluki şəhərindəki beşmərtəbəli yaşayış binasına dəyib. Onun paylaşdığı fotolarda geniş dağıntılar görünür. Azı 5 nəfərin öldüyü bildirilir. 5 uşaq da daxil olmaqla ən azı 26 nəfər yaralanıb. Dağıntılar altında hələ də insanlar qalır.

Ukrayna prokurorluğu bəyan edib ki, hərbi cinayətlə (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) bağlı məhkəməyəqədər istintaq başlanıb.

Prokurorluq əlavə edib ki, hücum zamanı digər yaşayış binalarına, uşaq və gənclər yaradıcılıq mərkəzinə, nəqliyyat vasitələrinə də ziyan dəyib.

Ötən gecə ərzində Ukraynanın 12 bölgəsindəki digər şəhərlərə də hücum edilib. Bundan əlavə, raket zərbələri Dneprdə beş çoxmərtəbəli binaya və Kremençukda dörd çoxmərtəbəli binaya ziyan vurub. Çerniqovla bərabər, Dnepr şəhərində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. Eləcə də Kiyevdə iki nəfər və Aleksandriyada daha iki nəfər həlak olub. Ümumilikdə Rusiyanın ötən gecə onlarla qanadlı və ballistik raketdən, yüzlərlə PUA-dan istifadə etdiyi bildirilir.

Beləliklə, 7 oktyabr Ukrayna üçün daha bir dəhşətli gün kimi tarixə düşəcək. Xatırladaq ki, 7 oktyabr həm də Rusiya prezidentinin ad günüdür…

“AzPolitika.info” 



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol