"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" təsdiq edilib.
"AzPolitika" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. Saziş 2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanmışdı.
Eyni zamanda Prezidentin imzaladığı digər bir qanunla "Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında "Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş"ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol" təsdiq edilib. Sözügedən Saziş 2025-ci il dekabrın 16-da Kiyev şəhərində və 2026-cı il aprelin 23-də Bakı şəhərində imzalanıb.
Bununla yanaşı, Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında saziş təsdiqlənib. Sözügedən sənəd 2026-cı il mayın 6-da Leypsiq şəhərində imzalanmışdı.


Şərhlər