Menu

Rusiya sentyabrda 50 mindən çox hərbçi itirib? - NATO rəsmisi AÇIQLADI

12.10.2026, 15:54
Rusiya sentyabrda 50 mindən çox hərbçi itirib? - NATO rəsmisi AÇIQLADI

Sentyabr ayı ərzində Rusiya ordusu Ukrayna ilə müharibədə 50 mindən çox hərbçi itirib. Onlardan təqribən 28 min nəfəri ölüb, qalanları isə yaralanıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi NATO-nun yüksək səviyyəli rəsmisinə istinadən məlumat yayıb. Alyans rəsmisinin qiymətləndirməsinə görə, həmin dövrdə Ukrayna ordusunun itkiləri isə ölü və yaralılar olmaqla ümumilikdə təxminən 5 min nəfər təşkil edib.

NATO nümayəndəsi Rusiya qoşunlarının bu cür ağır itki verməsini onların pilotsuz uçuş aparatlarının (PUA), artilleriyanın və mina sahələrinin nəzarətində olan - "məhvetmə zonaları" adlanan ərazilərdən keçməklə hücumları davam etdirməyə çalışması ilə izah edib.

Agentliyin məlumatına görə, bu fonda Ukrayna ordusu 125 kvadratmetrdən çox ərazini nəzarətə qaytarıb. Eyni zamanda, Kiyev Rusiyanın dərinliklərində yerləşən hərbi və strateji obyektlərə, o cümlədən neft emalı zavodlarına və məlumat mərkəzlərinə zərbələr endirməkdə davam edir.

Ötən həftə Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Martin Yeгер bildirib ki, müharibənin davam etməsi Rusiya Prezidenti Vladimir Putini təcavüzü dayandırmağın siyasi xərclərə səbəb ola biləcəyi bir duruma salıb.

Proqnozlara görə, Rusiyanın 2026-cı il üçün müdafiə xərcləri ilkin planlaşdırılan səviyyədən təxminən 40 faiz çox - 17 trilyon rubla (199 milyard dollar) yaxınlaşacaq.

Qeyd edək ki, həm Rusiya, həm də Ukrayna hakimiyyəti ordularının itkiləri ilə bağlı rəsmi və aktual statistika dərc etmir. Qızğın döyüşlər şəraitində NATO-nun gətirdiyi qiymətləndirmələri müstəqil şəkildə yoxlamaq mümkün deyil.

Bununla belə, BBC-nin Rus xidməti və "Mediazona" nəşrinin könüllülərlə birlikdə apardığı araşdırmalara görə, müharibə başlayandan bəri Rusiyanın 276 mindən çox hərbçisinin həlak olduğu təsdiqlənib. Onların təqribən 8 min nəfəri zabitdir. Tədqiqatçılar real itkilərin bu rəqəmlərdən xeyli yüksək olduğunu, dərc olunan məlumatların faktiki ölənlərin yalnız 45-65 faizini əhatə etdiyini ehtimal edirlər.

Rasim

“AzPoltika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol