Menu

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12.10.2026, 23:43
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib.

"Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran XİN-in bəyanatında bildirilib.

"İngiltərə rəsmilərinin "RAF Fairford" aviabazasındakı iddia edilən təhlükəsizlik insidentini İrana aid etmək iddialarını kəskin şəkildə pisləyir və bunu anti-İran kampaniyasını irəlilətmək və Londonun İran xalqına qarşı ABŞ-İsrail hərbi təcavüzündə iştirakına görə məsuliyyətdən boyun qaçırmaq üçün çirkin bir plan hesab edirik", - bəyanatda qeyd olunub.

Xatırladaq ki, İranın Böyük Britaniyadakı səfiri Seyid Əli Musəvi krallığın Yaxın Şərq məsələləri üzrə dövlət naziri Stiven Douti ilə görüşdə ölkəsinin "RAF Fairford" aviabazası ətrafında baş vermiş insidentlə hər hansı əlaqəsini rədd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol