Menu

Bakıda DƏHŞƏT: Əmisinin zorakılığına məruz qalan şagird özünü binadan atdı

12.10.2026, 18:13
Bakıda DƏHŞƏT: Əmisinin zorakılığına məruz qalan şagird özünü binadan atdı

Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub.

Direktorun məlumatına əsasən, son 1 ay ərzində Mədinə Nəbiyeva üçün məktəbə 3-4 dəfə təcili yardım çağırılıb.

Uşağın rəfiqəsi ilə bölüşdüyü məlumata əsasən, sentyabrın 10-15-i arası ona əmisi tərəfindən zorakılığa cəhd olunduğunu bildirib.

Mədinə Nəbiyeva hazırda Sabunçu Tibb Mərkəzindədir və vəziyyəti orta ağırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol